Bill Qeyts proqnoz verdi - HƏR İL PEYVƏND OLUNACAĞIQ?

# 10:04
12 yanvar 2022

“Bu il koronavirusun daha yoluxucu yeni növünün yaranması ehtimalı azdır”.

 

APA TV-nin verdiyi xəbərə görə, bunu “Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Twitter” hesabında yazıb.

 

Pandemiya zamanı bir çox sürprizlər yaşadığımızı vurğulayan B.Qeyts bildirib ki, daha yoluxucu ştamın ortaya çıxması ehtimalı azdır.

 

“Omicron ştamına görə bir çox insanlar ən azı gələn il immunitetə malik olacaqlar. Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd alaq” deyə Bill Qeyts tvitr postunda bildirib.

 

Mir Çingiz Ağazadə

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR