Binəqədidə avtomobil aşıb, xəsarət alan var
Bakıda avtomobil yüksək sürətlə hərəkətdə olarkən aşıb.
APA TV xəbər verir ki, Hadisə Binəqədi rayonu ərazisində , Heydər məscidi yaxınlığında, dairəvi yolda baş verib.
Belə ki, Mahmudov Zamin Sarvan oğlu “ Daewoo” markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə Bakı Şəhər Baş Polis idarəsinin Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə qəzaya səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
