Bir balon xlorla metroya girdi - Ara qarışdı
Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov əlavə edib.
DİGƏR XƏBƏRLƏR

“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

Şərurda həmkəndlilər arasında dava qanla bitdi

Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub - Siyavuş Novruzov
