BŞİH-nin sabiq əməkdaşı Türkiyədə HƏBS EDİLDİ
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci yəni dələduzluq və 312-ci, rüşvət vermə maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.
Cəlal Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
