Bu ərazilərə qar yağacaq - PROQNOZ AÇIQLANDI
Dekabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
