Bu ərazilərə yağış yağacaq - PROQNOZ

# 14:56
19 oktyabr 2022

Oktyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR