Bu gündən bir sıra məhdudiyyətlər ləğv edilir

# 06:01
10 iyun 2021

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın,  çimərliklərin, dini ibadət yerlərinin və İdman sağlamlıq obyektlərinin fəaliyyətinə icazə verilir.

APA TV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.

Məscidlərdə yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir.

 

Qərara əsasən, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR