Bu il Azərbaycanda nə qədər yanğın olub? – Kosmosdan izlədik

# 17:34
26 avqust 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos "Azersky" peyki vasitəsilə ölkə ərazisində, xüsusən də şimal və şimal-qərb regionlarında 2022-ci ilin avqust ayında baş vermiş yanğınların gündəlik monitorinqini aparıb. Manitorinqin nəticələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə konfransı keçirilib. Konfransda bildirilib ki, monitorinq vasitəsi ilə yanğınların təkcə fəsadları deyil, həm də dinamikası izlənilib. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə yanğın zamanı insanlara dəymiş ziyanın ödəniləcəyini bildirib. Onun sözlərinə görə, bi il yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev hazırda dünyada qlobal istiləşmə getdiyini vurğulayaraq, yanğınların baş verməməsi üçün vətəndaşları diqqətli olmağa çağırıb. Qeyd edək ki, avqustda baş vermiş yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib. Yanğınların söndürülməsində FHN-in 700-dən artıq canlı qüvvəsi, 80 texnikası, 1 amfibiya təyyarəsi, 3 helikopterindən istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR