Bu küçənin sakinlərinin yol dərdi illərdir ki, bitmir

# 17:43
18 oktyabr 2021

İllərdir ki, bu vəziyyət davam edir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də onların probleminə əncam çəkən tapılmayıb.

APA TV-nin məlumatına görə, söhbət Sumqayıt şəhəri “Corat bağları” yaşayış massivinin Göygöl küçəsindən gedir.  Sakinlər uzun müddətdir ki, bərbad vəziyyətdə olan yola asfalt örtüyünün çəkilməsini səbirsizliklə gözləyirlər.  Sumqayıtın mərkəzindən  o qədər də uzaqda yerləşməyən küçənin bu hissəsinə indiyə qədər bir dəfə də olsun asfalt örtüyü çəkilməyib. Yolun acınacaqlı vəziyyətdə olması sakinlərin gediş-gəlişində problem yaradıb.

Bəs aidiyyatı qurumlar nə düşünür? Məsələ ilə bağlı suallarımızı Sumqayıt şəhər Bələdiyyəsinə ünvanladıq. Bələdiyyədən isə fərqli bir cavab eşitmədik.  Qurumun şöbə müdiri Babək Hüseynov vəsait çatışmazlığının oldğunu bildirdi.

Görünən odur ki, sakinlərə bələdiyyənin vədini gözləmək qalır.

 

 

 

 

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR