Bu məktəbin 33 tələbəsi Prezident təqaüdçüsüdür

# 18:08
30 sentyabr 2021

Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

APA TV xəbər verir ki, sərəncama əsasən ən yüksək nəticələr göstərərək müxtəlif ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü təyin edilib:

Prezident təqaüdünə layiq görülən bu tələbələr respublikanın 28 müxtəlif şəhər və rayonunu təmsil edir.

Bakı Ali Neft məktəbinin 33  tələbəsi də bu ada layiq görülüb. Biz də onlarla həmsöhbət olduq.

Tələbə Həmid Həşimzadə biznesin idarə edilməsinin birinci kurs tələbəsidir: “2-ci qrup üzrə statistikadan dördüncüyəm. Öz universitetimə, öz müəllimlərimə hər kəsə öz təşəkkürümü bildirirəm, Cənab Prezidentə öz təşəkkürümü bildirirəm Bizim əziyyətimizi dəyərləndirildi və bu gün biz Prezident təqaüdçüsü kimi öz təhsil həyatımıza başlayırıq”.

2-ci qrup üzrə 683 bal toplayan Röya Qasımova deyir ki, prezident təqaüdünə layiq görülən 102 tələbədən biri olmaq qürurvericidir: “Qubadlı rayon kənd məktəbin qurtarmışam. Bu balı yığmaqda ailəmə, dostlarıma məktəb müəllimlərimə, ilk öncə təşəkkür eləmək istəyirəm”.

Tələbə Semral Qasımov isə hisslərini belə ifadə edir: “Əlbəttə ki 102 nəfərin içində olmağa çox şadam. Əsas odur ki, dərsi oxuyub dərk eləmək, yəni əzbərləməklə deyil. Bura çox prestejli universitetdir və buranı bitirən hər kəsin parlaq gələcəyi var”.

Qeyd edək ki təqaüdçülərdən 43 nəfəri Bakı, 15-i Sumqayıt, 5-i isə Gəncədə yerləşən məktəblərin məzunlarıdır.

 

Nərmin Murad

Samir Qaragözov

APA TV  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR