Bu ölkədə işçi qüvvəsi çatışmır - 1 dəqiqə 10 xəbər 15:00 buraxılışı

# 15:00
22 noyabr 2021

Noyabrın 25-də “Qarabağ” UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Buna görə, "Gənclik" metrostansiyası gücləndirilmiş rejimdə işləyəcək

 

“Fəxri adların verilməsi ilə bağlı meyarlar təkmilləşdirilir”. Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

 

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 99 illiyi ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub.

 

Sabirabadda doğuş zamanı körpə ölümü baş verib

 

"Şahdəniz 2"nin şimal cinahında beşinci quyudan hasilata başlanılıb

 

“Azərbaycanla gərginlik arxada qaldı, əlaqələr yeni mərhələyə qədəm qoyub”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə belə deyib.

 

Yaponiyada koronavirusun delta ştamı özü-özünü ləğv edib

 

ABŞ Prezidenti Co Bayden 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib

 

Qətərdə dünya çempionatı üçün bir illik geri sayım mərasimi keçirilib

 

İşçi qüvvəsinin çatışmazlığı Portuqaliya iqtisadiyyatının ənənəvi sahələrinin bərpasına təhlükə yaradır

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR