Bu rayonda külək və leysan yağışları həyatı çətinləşdirdi

# 16:20
24 may 2022

Göyçay rayonunda əsən güclü külək və leysan yağışı fəsadlara səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecə qəflətən başlayan güclü külək rayonun bir neçə yerində iri gövdəli ağacları avtomobil yoluna və evlərin üstünə aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da vətəndaşlara ziyan dəyib, yollarda nəqliyyatın hərəkəti çətinləşib. Ağacların elektrik naqillərinin üstünə aşması nəticəsində Göyçay şəhərinin böyük bir hissəsinə və kəndlərə enerji verilişi dayanıb. Leysan yağışı nəticəsində bəzi həyətyanı sahələrə və evlərin zirzəmisinə su dolub. Hazırda küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər görülür.

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR