Bu rayonda “Qrad” mərmisi və aviabomba aşkarlandı
Xızı rayonu ərazisində hərbi sursat aşkar edilib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi ərazisində təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub. Baxış zamanı aşkar edilən sursatların 1 ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və 1 ədəd döyüş tətbiqinə yararlı TAB-50 markalı aviabomba olduğu müəyyən edilib.
Hadisə yerinə FHN-in Mülki müdafiə qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da cəlb olunub.
Mərmilər XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR

Zəlzələ bölgəsində dənizin səviyyəsi qalxdı, hər yer su altında qaldı

Yemək yox, su yox, mağazalar bağlı - FHN Kahramanmaraşın yardımına qaçdı

Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar
