Bu yollar buz bağlayacaq - PROQNOZ AÇIQLANDI

# 13:04
7 dekabr 2022

Dekabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 2-4, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774-ə yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.

 

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR