Burkina-Fasoda çevrilişdən sonra prezident seçildi

# 10:51
6 oktyabr 2022

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.

 

APA TV xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

 

Qeyd edək ki, sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.

 

Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR