Camalovların yurd sevinci - Kəndi minalardan özü təmizləyir
Tərtərin Talış kəndinə yeni köçən ailələrdən biri də Camalovlar ailəsidir. Gənc ailə bu yazı çox böyük sevinclə qarşıladı. Torpaqların işğal tarixi ilə az qala yaşdaş olan gənclər 30 ildən sonra ilk dəfə dədə-baba torpaqlarına gəldilər, ilk dəfə yeni evlərində bayramı qarşıladılar. Dövlət onları üçotaqlı mənzillə təmin edib. Anar Camalov deyir ki, hazırda minatəmizləyən kimi çalışır. Talış kəndini ermənilərin basdırdığı minalardan təmizləyənlərdən biri də odur.
Evin xanımı Türkan Camalova 5 və 6 yaşlarında iki oğul böyüdür. Talış kəndinə ilk köçən ailələrdən biri olduqları üçün daha da böyük sevinc hissi keçirir.
Bəli, Talış kəndinə köçən hər bir ailənin rahat yaşaması üçün ən xırda detallar belə düşünülüb. Həyət-bacalar əkilərək səliqəyə salınıb, küçələr çəkilib, səkilər qurulub, parklarda hər yaşdan olan sakinlərin dincəlməsi üçün şərait yaradılıb. Həyətlərə, küçələrə, parklara çəkilən işıqlar isə Talışın gecələrini gündüzə çevirir.
Ocağınız həmişə yanar, səmanız həmişə aydın olsun. Yeni eviniz və Novruz bayramınız mübarək əziz talışlılar.
Habil Aslanoğlu,
Ziya İsmayılov
APA TV
Tərtər-Talış
DİGƏR XƏBƏRLƏR

Hərbçilərimizi tora salmaq istəyirlər / - “APA XƏBƏR” - 17:00

“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

Şərurda həmkəndlilər arasında dava qanla bitdi
