Çantasından narkotik oğurlandığına görə polisə müraciət etdi, özü həbs edildi – İMİŞLİDƏ

# 14:31
7 aprel 2021

İmişlidə qadının çantasından narkotik vasitə oğurlandığına görə polisə müraciət edib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova Polis Şöbəsinə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Güluzə Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb. Belə ki, əvvəllər məhkum edilən qadın istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib.

Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR