“Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq

# 16:45
29 may 2022

Azərbaycan dövləti işğaldan azad olan ərazilərdə hər gün yeni və böyük layihələrə imza atır. Bu layihələrdən ən sonuncusu Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Cəbrayıla səfəri çərçivəsində təməli qoyulan  “Cəbrayıl” enerji qovşağıdır. Yeni qovşaq  beynəlxalq enerji dəhlizinin yaradılması deməkdir. Bununla da Naxçıvan Muxtar Respublikası uzun illərdən sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.  Yəni Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, ordan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək.

 APA TV xəbər verir ki, “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq. Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.

 “Bu layihə ümumilikdə işğaldan azad olunmuş ərazilərdən əlavə ölkəmiz üçündə çox böyük önəmli bir layihədir. Çünki bu ölkələr arası beynəlxalq enerji  layihəsidir. Bu layihənin gerçəkləşməsi üçün ilk növbədə Ağcabədi və İmişlidə  330 kilovoltluq yarım stansiyalar qurulacaq. Ağcabədi və İmişlidən 132 və 130 km olmaqla 330 kilovoltluq Cəbrayıla elektrik  veriliş xətti çəkiləcək. Və Cəbrayılda bu gördüyünüz qovşaq yaradılacaq. Yarım stansiyanın tikilməsi önəmli tərəfləri bunun biridə məhz bu qovşaq yarım stansiya vasitəsi ilə yaxınlığdakı “Xudafərin” və “Qız qalası”, günəş elektrik stansiyasıda onların enerji sisteminin inteqrasiyası qoşulması məhz Cəbrayıl qovşaq yarım stansiyanın vasitəsi ilə həyata keçiriləcək. Sonrakı mərhələdə Cəbrayıldan Naxçıvana 330 km çəkiləcək. Buda böyük bir hadisədir”.


“Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq. Növbəti mərhələlərdə isə  “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək. Sonuncu mərhələdə  isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR