Cəbrayıldakı tarixi abidə belə minalanıb - EKSKLÜZİV GÖRÜNTÜLƏR

# 15:00
9 noyabr 2021

Cəbrayıl rayonun Dağ Tumas kəndindəyik. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq tamamilə dağıdılan Dağ Tumas kəndi Xocavənd rayonu ilə  sərhəd kəndlərdən biridir. Hazırda “Başıkəsik gümbəz”in yanındayıq. Bu  sərdabə başı kəsik olduğundan adına “Başıkəsik gümbəz” adlanıb. Amma burada bizə maraqlı gələn başqa məqamlar var. Ermənistan Silahlı qüvvələri bu sərdabədən Birinci və İkinci Qarabağ müharibəsi dönəmində müşahidə postu kimi istifadə ediblər. Bu başı bağlı su, ermənilərin içdiyi sudur. Sularını içmədən ərazini tərk ediblər. İçəri daxil olanda isə bu bağlamaları görürük. Əl vurmaqda istəmirik. Bu konservləşdirilmiş qida məhsulları da onlara aiddir. Birinci Qarabağ müharibəsini xatırladan isə bu kəmərdir. Üzərində SSRİ-nin gerbi-ulduz içərisində oraq və çəkic rəsmi var

 

Bəli, ermənilər uzun illər dalan etdikləri kəndlər kimi Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik gümbəz”inin ətrafını da gedərkən minalayıblar. Bəlkə də, polis əməkdaşlarının, hərbçilərimizin, ANAMA-nın əməkdaşlarının xəbərdarlığı olmasaydı əməkdaşlarımız düşmənin qurduğu o tələyə düşə bilərdi:

 

Bu sərdabədə də erməni xislətinin sübutlarını gördük. Təbii ki, erməni hərbçilərinin burda olduğunu gördükdən sonra daha ehtiyatlı olmağa çalışdıq. Diqqətli baxmağa çalışdıq. Haqlı da çıxdıq. Sərdabənin ətrafına piyada əleyhinə minalar basdırılıb.

 

Altı əsrdən çox yaşı olan gümbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə “Başıkəsik gümbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb.

 

Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub.

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR