Cəlilabadda bir ailənin beş üzvü zəhərləndi

# 18:29
6 fevral 2023

Cəlilabad rayonunda 3 - ü az yaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.

 

Hadisə Cəlilabad şəhəri, Arif Qurbanov küçəsində qeydə alınıb. Bir ailənin beş üzvi-35 yaşlı Almaz Abbasova, 30 yaşlı Zəhra Həşimova, 13 yaşlı Aysel Abbaslı, 11 yaşlı Vüsalə Abbaslı və 10 yaşlı Fatimə Həşimova zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

İlkin məlumata görə, onların qəbul etdikləri qidadan zəhərləndikləri bildirilsə də aparılan müayinə zamanı qida zəhərlənməsi təsdiqini tapmayıb. Xəstələrin dəm qazından zəhərləndiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR