Cənnətdən qovulan tovuzquşu şabranlı müəllimin həyatını dəyişdi

# 16:39
7 aprel 2022

Şabran rayon sakini Əzizağa İsgəndərovun 65 yaşı var.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, onun maraqlı hobbisi var. Uzun illər müəllim kimi çalışan Əzizağa İsgəndərov indi həyətində tovuzquşu saxlayır.

Təqaüddə olan keçmiş təhsil işçisi dörd il əvvəl iki tovuz quşu əldə edib. Sonra ekzotik quşların sayını səkkizə çatdırıb.

Əzizağa İsgəndərov deyir ki, erkək tovuzquşların gözəl görünüşlü quyruğu 3 yaşına çatdıqdan sonra tam formalaşır. Dişiləri isə iki yaşı tamam olandan sonra yumurtlayır. Hər dəfə 4-8 yumurta verir.

Əzizağa İsgəndərov gözəlliyi ilə göz oxşayan bu quşları əvvəllər yalnız maraq üçün saxlasa da, indi hobbisindən gəlir əldə etməyə başlayıb. O, tovuzquşunu cüt satır. İki tovuz quşunun qiyməti 1000-1500 manat arasında dəyişir. Ekzotik quşun yumurtasının qiyməti isə 40-50 manatadır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR