Ceyhun Bayramov, Blinken və Mirzoyan arasında telefon danışığı olub

# 07:24
5 oktyabr 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. APA xəbər verir ku, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. "Oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri, ABŞ dövlət katibi və Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. Telefon danışığı zamanı oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı fikir mübadiləsi aparılıb". Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sülh müqaviləsi üzərində iş barədə də danışıblar. Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR