Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib

# 07:08
25 sentyabr 2022

2020-ci ildə, Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazilərini işğaldan azad edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixində münaqişəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalanıb. XİN-dən APA- ya verilən məlumata görə bu fikirləri XİN Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında bildirib . onun sözlərinə görə hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına istiqamətlənən bərpa və quruculuq işləri aparmaqdadır. Bugün Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə baxmayaraq, qarşı tərəf normallaşma prosesini pozmaq üçün mütəmadi təxribatlara əl atır, bu təxribatlar da regional sülh və təhlükəsizliyi hədə altında qoyur. Ermənistan sentyabrın 12-dən 13-nə keçən gecə iki dövlət arasında delimitasiya olunmamış sərhəd boyunca növbəti hərbi təxribata əl atıb. Azərbaycan bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər görüb. Ötən günlərdə Ermənistan tərəfinin BMT Baş Assambleyasında çıxışı bir daha bu ölkənin münasibətlərin normallaşdırılmasına deyil, qarşıdurmanın davam etdirilməsinə yönəldiyini göstərib, deyə XİN qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR