Ceyhun Bayramovla Mövlud Çavuşğulu NƏLƏRİ MÜZAKİRƏ ETDİ?

# 14:02
13 sentyabr 2022

Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

XİN-dən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

 

Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR