Çin-Tayvan müharibəsi başlayır? – ABŞ qırıcılarını yolladı

# 19:39
2 avqust 2022

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının spikeri Nensi Pelosin təyyarəsi Tayvana eniş edib. APA TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Tayvan televiziyası ölkədə ikincisi səviyyədə döyüş hazırlığına start verildiyini elan edib. Rusiyanın RT kanalının məlumatına görə, Çin Hərbi Hava Qüvvələri “Su-35” qırıcılarını Tayvan boğazına göndərib. O da qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Yaponiyadakı bazalardan qaldırılıb və Tayvana doğru uçur. Çinin Fujian əyalətində hava hücumundan müdafiə siqnallarının eşidildiyi və DF5b qitələrarası raketinin daşınmasını əks etdirən videolar yayılıb. Xatırladaq ki, Çin hökuməti Nensi Pelosin səfərinə razılıq verəcəyi təqdirdə Tayvana qarşı müharibə elan edəcəyini bildirmişdi. Qeyd edək ki, artıq bir çox Avropa ölkələri, o cümlədən ABŞ Tayvanı, Rusiya isə Çini dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR