Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

# 06:27
26 may 2022

ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

APA xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.

Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR