Çobanlar qayıq üstündə Yevlax sakinini döydü

# 16:31
16 may 2022

İnternet portallarında Yevlax rayonunda şəhid atasının döyülməsi haqda xəbərlər yayılıb.

Biz də APA TV olaraq yollandıq hadisənin baş verdiyi Yevlax rayonunun Xanabad kəndinə.

 

Öyrəndik ki, Xanabad kənd sakini İlqar İsmayılov, Kəlbəcər rayonundan olan iki çoban tərəfindən döyülərək ağır xəsarətlər alıb. Zərərçəkən yaxınları tərəfindən Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Şəhid atası İlqar İsmayılovun oğlu  və qardaşının sözlərinə görə, İlqar İsmayılov ona məxsus qayığı icazəsiz istifadə edən iki nəfərlə mübahisə edib və nəticədə mübahisə davaya çevrilib.

 

Yaxınlarının iddialarına görə həmin şəxslər İlqar İsmayılovu döydükdən sonra boğmağa çalışıblar.

 

 Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı xəbərdardırlar və bu barədə DİN-in “102” – Zəng Mərkəzinə müraciət daxil olub. Hazırda araşdırmalar aparılır.

 

 

Qeyd edək ki, hazırda Yevlax rayon Mərkəzi xəstəxanasında müalicəsi davam edən İlqar İsmayılov, şəhid İntiqam İsmayılovun atasıdır. İntiqam İsmayılov Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR