Çörəkbişirmə sexində yanğın oldu - BİR NƏFƏR ZƏHƏRLƏNDİ
Ağstafa rayonunun Vurğun qəsəbəsində çörəkbişirmə sexində yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Zinayə Əzizovaya məxsus 500 kvadratmetrlik sahəsi olan sexdə başlayan yağın daha sonra inkubator sexinə keçib. Hadisə nəticəsində sex sahibinin oğlu İlqar Əzizov orada yatılı halda olub və tüstüdən zəhərlənib. Ona məxsus “Prado” markalı avtomobil də hadisə zamanı yanaraq yararsız hala düşüb. Tüstüdən zəhərlənən İlqar Əzizova tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
