Dağ kəndlərindəki uşaqların qışdakı tək əyləncəsi - Kirşə

# 12:08
21 yanvar 2022

Qubanın Alpan kənd sakini Əli Fətəliyevin 14 yaşı var. Onun əyləncəsi şəhər mərkəzlərində yaşayan həmyaşıdlarından tamamilə fərqlidir. Bəlkə də onun düzəltdiyi bu “əl kirşəsi”nin nə olduğunu bilməyən çox insan var. Altı hamar  iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası olan kirşəni kənd yerlərində uşaqlar qışda əyləncə məqsədi ilə istifadə edir.

Əli daha çox uşağın əylənməsini təmin etmək üçün artıq bir neçə ildir ki, həm kirşə düzəldir, həm də onun təmiri üçün dostlarına kömək edir.

Sumqayıtdan Alpana qonaq gələn Adəmin də kirşə ilə tanışlığı onun xoşuna gəlib.

Şimal bölgəsində əksər dağ kəndlərində, xüsusilə, qış aylarında uşaqların yeganə əyləncə yeri qarlı-buzlu hündürlüklərdir.  Bu hündürlüklərdə əyləncəni və həyəcanı artıran isə kirşələr olur. 

Vəli Turan, Mais Allahverdiyev, APA TV, Quba.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR