Dağıntı altında qalan tələbə mesajlara cavab vermir – APA TV

# 06:15
8 fevral 2023

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən biri olan Şahin Vəliyevlə indiyədək əlaqə saxlamaq mümkün olmayıb. Anası Esmira Hüseynovanın sözlərinə görə, hələ də oğlunun taleyindən xəbər tuta bilmir. Malatyada İnönü Universitetində idman menecmenti ixtisasında oxuyan Şahin 3 tələbə yoldaşı ilə birgə çoxmərtəbəli binada kirayə qalırmış. Ailəsi onunla sonuncu dəfə zəlzələdən 1 gün əvvəl telefonla əlaqə saxlayıb. Yeraltı təkanlardan sonra ailənin Şahin Vəliyevlə əlaqə qurmaq cədləri nəticəsiz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR