Daha bir koronavirus xəstəsi barədə araşdırma başladıldı

# 11:38
12 aprel 2021

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv virus daşıyıcısı ictimai yerdə aşkarlanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Arif İsimxanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Arif İsimxanov barəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR