Daha bir polkovnik TUTULDU

# 13:56
21 fevral 2022

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov hüquq-mühafizə orqanları tərəfindən tutulub.

 

O, külli miqdarda mənimsəmədə ittiham edilir.

 

Məlikməmməd Qurbanov barəsində Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətləri aşma maddələri ilə cinayət işi başlanılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Məlikməmməd Qurbanova Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

 

Qeyd edək ki, Məhəmməd Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR