Davada qətl törədən qardaşlar tutuldu - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı

# 14:00
29 noyabr 2021

Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb. Bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.

 

Qazaxda avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb

 

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

 

Bakıda davada qətl törədən 3 qardaş tutulub

 

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Avropada qazın qiyməti 1 100 dolları ötüb

 

Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın ətrafında qarşıdurma olub, yaralananlar var

 

Rusiyada daha 33860 nəfər COVID-19-a yoluxub

 

MOİK-lə “Zenit” oyunundan sonra 408 azarkeş saxlanılıb

 

FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb. BƏƏ-də keçiriləcək turnirə 2022-ci il fevralın 3-də start veriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR