Dəhrəzdəki kütləvi məzarlıqda kimlər dəfn edilib? - Şahid danışdı

# 19:10
25 aprel 2022

Vətən müharibəsindən sonra diqqət mərkəzinə çevrilən əsas mövzulardan biri də birinci Qarabağ müharibəsi dövründə itkin düşən Azərbaycanlıların taleyi olub. Yəni bir neçə kütləvi məzarlıqların aşkar edilməsi gözü yolda olan ailələrin ümid yerinə çevrilib. Məzarlıqlar isə bəzən hərbçilər qazıntı işləri apardığı zaman, bəzən isə şahid ifadələri nəticəsində aşkar edilir. Həmin şahidlərdən biri, necə deyərlər, hələ ki ən sonuncusu Xəqani Abbasovdur. O müharibə zamanı gördüyü kütləvi məzarlığıq haqqında ilk dəfə APA TV-yə danışır...

 

Xəqani Abbasov Ağdam rayonunun Abdal kəndində doğulub. O, birinci Qarabağ müharibəsi başlayanda iki qardaşı ilə birlikdə döyüşlərə qatılıb. Bir qardaşını - Musa Abbasovu birinci müharibədə, digər qardaşı Müşfiq Abbasovu isə özünün də iştirak etdiyi Vətən müharibəsində itirib. O, birinci müharibədə, Dəhrəz kəndində meyitini gördüyü insanların ermənilər tərəfindən kütləvi şəkildə öldürülmüş Xocalı sakinləri, yaxud həmin istiqamətdə gedən döyüşlərdə həlak olmuş hərbçilər olduğunu güman edir.

 

Müsahibimiz söhbət əsnasında daha bir fakta toxunur. Məhz elə həmin əməliyyatda iştirak edən Müşfiq Abbasov meşə zolağında daha iki azərbaycanlının meyitinə rast gəlib.

 

Qeyd edək ki, Dəhraəz kəndi keçmiş Əsgəran rayonunun kəndidir. Kənd hazırda Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşir. Ümid edirik ki, iddialar öz təsdiqini tapar və soydaşlarımızın qalıqları aşkarlanaraq aidiyyəti üzrə təhvil verilər.

 

Elgün Gəncimsoy, Ziya İsmayılov, APA TV.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR