Dəhşətli görüntülər yayılan uşaq evi nəzarətə götürüldü

# 19:26
26 may 2022

Şabran rayon 1 saylı körpələr evində uşaqların normal qidalarla təmin edilməməsi və müəssisədə rəhbərlik tərəfindən yeyintilərin olması barədə məlumatlar yayılıb. Kim tərəfindən yayıldığı məlum olmayan şəkillərdə uşaqlara verilən qidaların miqdarının az olması, səhər və günorta yeməyində peçenye qırıntıları və quru çörək dilimi verildiyi göstərilir.

 

1 saylı körpələr evinin rəhbəri Lalə Qədeşova isə APA TV-nin yerli bürosuna verdiyi müsahibəsində bütün bu ittihamların yalan olduğunu bildirib.

 

 

Qeyd edək ki, yayılan görüntülərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də məsələni araşdırmağa başlayıb. Hər iki qurumun araşdırmalarının nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR