Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı
28 may tarixində Yevlax rayonunda baş verən ağır qəzada ölən və yaralananların adları məlum olub.
Məlumata görə, 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobil Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən hissəsində aşıb. Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb.
Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda kanalda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – APA TV

Prezident: Biz, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq – APA TV

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV
