Dəhşətli qəzanı törədən 19 yaşlı sürücü tutuldu

# 12:55
13 oktyabr 2021

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

 

Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli APA TV-yə açıqlamasında bildirib ki, qəzanı törədən yük avtomobilinin sürücüsü, Qobustan sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan markalı yük avtomobili,  171 nömrəli sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR