Dələduzlar kimləri hədəf seçir?

# 22:53
8 oktyabr 2021

Son günlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara virtual nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına daha çox rast gəlinir.

 

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, bununla bağlı vətəndaşlar tərəfindən Nazirliyə də müraciətlər edilir.

 

Onun sözlərinə görə, həmin dələduzlar özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər: “Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

 

Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşları diqqətli olmağa çağırır: “Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb bank kart məlumatlarını ötürməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrinə məlumat versinlər”.

 

DİN rəsmisi dələduzların xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən yaşlı nəslin nümayəndələrini hədəf seçdiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR