“Dəmir yumuruq” kompozisiyası hazırlandı
Onun hər bir əsəri danışır. Çünki o, təbiətdən qopmuş, bu qurumuş, cansız ağaclara yeni nəfəs verir. Salyanlı heykəltəraş Rauf İbrahimov müxtəlif ağac növlərindən sözün əsl mənasında şedevr əsərlər yaradır. 48 yaşlı heykəltəraşın sonuncu əsəri isə 44 günlük vətən müharibəsini tərənnüm edən “Dəmir Yumruq” dur. Müəllif deyir ki, düşmən üzərində qələbəmizi simvolizə edən “dəmir yumruq” iki ay müddətində hazırlanıb: “Bu iş “Dəmir yumruq” əsəridir. “Dəmir yumruq” mənfur düşmənimiz erməni işğalçıları üzərində 44 günlük müharibədə qələbənin simvoludur. Burda Azərbaycan tərəfindən müharibədə istifadə olunan hərbi texnikalar, ümumilikdə Azərbaycan xalqının bir dəmir yumruq kimi birliyini göstərir, yəni xalq birləşib müharibədə qələbə çaldı. Həmin onun simvolik kompozisiyasıdır. 2 aya başa gəlib.”
Emalatxanası darısqal olsa müəllif əsərlərini böyük həvəs və sevgi ilə yaradır. Hər bir əsərin yaradılmasında peşəkarlıq nümayiş etdirən heykəltəraş yaratdığı əsərlərdə şəxsin simasının ətrafında onun yaradıcılığının eskizini verməklə bir sintez yaradır. O deyir ki, əsərlərini fərqli işləməyi sevir: ““Nizami” əsərində onun müxtəlif məşhur əsərlərindən “Leyli və Məcnun” qorelyef üslubunda bir qabaritli kompozisiya verilib, sonra “Fitnə” əsəri, “Bayquşların söhbəti” heykəldən fərqlənmir, o biri illüstrasiyada bayquşlar arxa fondadır. Mən önə çəkmişəm, padşahla vəziri arxa fonda vermişəm.”
İnanmaq olmur ki, bu əsərlər belə kiçik bir emalatxanada yaradılıb. Rauf müəllim deyir ki, əsərlərinin mötəbər sərgilərdə nümayiş etdirilməsini arzulayır. Təəssüf ki, bu işdə ona yüksək səviyyədə dəstək yoxdur. Hələ ki, əsərlərini satmaq da istəmir. Amma deyir ki, satası olsa 500-3000 manat aralığında qiymət qoya bilər: “İstərdim ki, əsərlərim sərgilərdə nümayiş olunsun. Xalq görsün. Ona görə də hələ heç bir əsəri satışa çıxarmaq fikrim yoxdur. Əsas fikrim odur ki, əsərlərim çoxalsın ki, şəxsi sərgilər keçirim. Rayonda, Bakıda sərgilər keçirim ki, dekorativ-tətbiqi sənət ilə yanaşı heykəltəraşlığın da oyma növünü nümayiş etdirə bilim. İşləri işlənmə müddətindən, əziyyətindən asılı olaraq və mürəkkəbliklər nəzərə alınaraq 500-3000 manat dəyərində qiymət verilə bilər.”
Sənətkar deyir ki, uzun bir müddət sevdiyi işlə məşğul ola bilməyib. Səbəb isə emalatxanasının olmaması imiş. Müəllim kimi çalışdığı məktəbdə ona emalatxana veriləndən sonra isə müəllim öz sənətini şagirdlərinə öyrədir. “Məktəbdə heykəltəraşlıq dərnəyi yaratmışam. Şagirdlərə heykəltəraşlığın yapma və oyma növünü öyrədirəm. Aşağı sinif şagirdlərinə yapma, yuxarı siniflərə isə oyma sənətinin sirlərini öyrədirəm.”
Ağac üzərində oyma sənəti ən qədim və geniş yayılmış dekorativ tətbiqi sənət növlərindən biridir
Əlibəy Zeynallı, Elçin Həsənov
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
