Deputat: “Hərbi Qənimətlər Parkı qələbəmizin simvollarından biridir”

# 16:05
13 aprel 2021

"Dünən Azərbaycanda ilk dəfə Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park öz unikallığı ilə yaddaşlarda qalacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev öz qalib ordusunun əsgərlərinə, zabitlərinə xüsusi təşəkkür edib: “Bu, çox qürurverici idi. Bu parkın açılışı ona görə əhəmiyyətli idi ki, Azərbaycan xalqı əldə etdiyimiz qələbəni canlı görmək imkanı qazandı. Bu, qələbəmizin simvollarından biridir. Bu park həm də Ermənistan üçün mesaj əhəmiyyətli idi. Ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər. Etnik təmizləmə, soyqırımı siyasətinin sonu məhz belə ağır bədəl ödəməklə nəticələnir. Bu, həm də bütün dünya ermənilərinə mesajdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR