Deputat məcburi köçkünlərlə bağlı görün nə təklif etdi

# 12:24
17 iyun 2022

“Qaçqın və məcburi köçkünlər bizə müraciət edir. Onların içərisində çox yaşlı insanlar var”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.

 

Deputat bildirib ki, həmin şəxslərin minalardan təmizlənmiş ərazilərə səfərinin təşkil edilməsi çox yaxşı olardı: “Minalardan təmizlənmiş ərazilərə turlar təşkil edilərək o yaşlı insanların öz dədə-baba yurduna aparılmasını təklif edirəm”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR