Dərslər dayandırılan məktəbdə enerji verilişi bərpa olunub
Gəncədə elektrik enerjisinin verilişinə görə dərslər dayandırılan Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə enerji verilişi bərpa olunub.
Bu barədə APA TV-nin yerli bürosuna Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib. Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir: "Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verlişi bərpa olunub. Sössüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək".
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
