Dil-ədəbiyyat müəlliminin 50 illik sevgisi necə əsərə çevrildi?

# 15:00
1 dekabr 2022

Xaçmazlı sənətkar Zeydulla Ağayev 50 ilə yaxındır ki, bədii döymə sənəti ilə məşğuldur.

Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.

 

On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı "Sülh" adlı əsərdir.

 

İndi müsahibimiz əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Bir sənət əsərinin ərsəyə gəlməsi ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər vaxt tələb edir.

Müsahibimiz Azərbaycan dili və ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır. Zeydulla Ağayev hazırladığı bədii əsərləri sifariş əsasında satır.

Sənətkar bədii döymə sənətinin gələcək nəsillərə ötürmək üçün səy göstərir. Oğlu Elnur Ağayev və qardaşı oğlu Şaiq Ağayev də artıq bədii döymə sənətinin sirlərini mənimsəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR