DİQQƏT! "Kinder suprise"də təhlükəli virus aşkarlandı
İngiltərə Qida Standartları Agentliyi uşaqları məyus edən məlumat yayıb. Məlumatda bildirilir ki, “Kinder Surprise” məhsulları geri yığılacaq. Buna səbəb Böyük Britaniyada 100-ə yaxın uşağın yumurta formalı bu şokoladlardan salmonellaya, yəni təhlükəli qida infeksiyasına yoluxması olub.
İngiltərə ilə yanaşı, İrlandiya, Fransa, Almaniya, İsveç və Niderlandda da salmonellaya yoluxma faktı aşkarlanıb. Adıçəkilən məhsulu istehsal edən “Ferrero” şirkəti də məhsulların yeyilməməsini və geri qaytarılmasını istəyib. Nəzərə alsaq ki, Azərbaycanda bu məhsullara təlabat yüksəkdi, o zaman ölkəmizdə də yoluxma ehtimalının güclü olduğu ortaya çıxır. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq.
Qurumun şöbə müdiri Mansur Piriyev deyir ki, hazırda Agentlik tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticələriylə bağlı ən qısa zamanda ictimaiyyətə məlumat veriləcək:
- Ölkəmizə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, nə tədbir görüləcək?
- Qısa zamanda sizə verə biləcəyimiz məlumatda o detallar öz əksini tapacaq.
“Kinder Surprise” məhsulları vasitəsilə salmonella infeksiyasına daha çox 5-6 yaş arası uşaqlar yoxdur. Bu virus özünü ishal, ürəkbulanma, qusma və qızdırma ilə biruzə verir.