Dövlətin pulu ilə xaricdə oxuyub ölkəyə qayıtmayanları nə gözləyir?

# 19:33
1 mart 2022

"Xaricdə təhsil alanların geri qayıtmalarını və Azərbaycanın inkişafında yaxından iştirak etmələrini gözləyirik”.

APA TV xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev söyləyib. Onun sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində də tələbələrin ölkəyə qayıtmasını təmin etməyə çalışacaqlar: “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi 5 il ərzində hər il təxminən 400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini verməkdən ibarətdir. Bura yol, qalmaq üçün yer , bir sözlə tələbəyə lazım olan hər şey təmin olunaraq, xarici ölkədə oxumağa göndərilcək”


Nazir bildirib ki, dövlətin pulu ilə xaricdə təhsil alıb ölkəyə qayıtmayanlar isə həmin vəsaiti geri qaytarmalıdırlar.

Semral Cavad
Fariz Quluyev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR