DSX-nin şəhid pilotunun şəxsi əşyaları muzeyə təqdim olundu

# 17:47
21 yanvar 2022

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan polkovnik Emil Nəzirovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin fonduna təqdim edilib.

 

APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən tədbirdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.


Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Esmira Rəhimova Emil Nəzirovun döyüş yolundan söz açaraq, şəhidin şəxsi əşyalarının saxlanılması üçün muzeydə xüsusi guşə yaradılacağını bildirib: ”Emil Nəzirova aid materialların toplanmasında onun qardaşına təşəkkürmü bildirirəm. Eləcə də Xəzər TV-nin əməkdaşı olan Nicat Sadıqlıya da minnətdarıq ki, bu işdə bizlərə yardım etdi. Şəhidin ailə üzvləri tərəfindən bizə təqdim edilən forması, medalları və şəxsi əşyaları burdakı xüsusi guşədə saxlanılacaq”.


Şəhidin qardaşı Abbas Nəzirov ailə üzvlərinin adından çıxış edərək muzeyin rəhbərliyinə, fonda təşəkkürünü bildirib: ”Tarix muzeyində Vətən Müharibəsi fondu yaratmısınız, bu isə şəhid ailələri üçün bir təsəllidir. Çünki qardaşımın necə bir şəxs olması ailə üzvlərinə yaxşı bəllidir, lakin sizin yaratdığınız bu fondda, qardaşımın kadrları, şəxsi əşyaları olacaq, bura gələnlər isə onu görüb daha yaxından tanıya biləcək”.

 

Tədbirdə Emil Nəzirovla bağlı videoçarx da təqdim olunub. Həmin videoçarxda onun ailə üzvləri üçün gitarada mahnı ifa etdiyi nümayiş olunub.

 

Qeyd edək ki, Emil Nəzirov Vətən müharibəsi və birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Xidməti dövr ərzində, “Vətən uğrunda”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", “Hərbi xidmətdə fərqlənməyə görə” və digər medallarla təltif olunub.

 

 

Semral Cavad,

Fariz Quluyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR