Duman olacaq, güclü külək əsəcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, gündüz çiskin, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacağı, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
DİGƏR XƏBƏRLƏR

Lənkəranda mübahisə ölümlə nəticələnib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib
