Dünya çempionunun qətlinin TƏFƏRRÜATLARI - HADİSƏ YERİNDƏ

# 19:26
16 mart 2022

Nəsimi rayonu 6-cı mikrorayon İsrafil Həşimov küçəsi - Qətl hadisəsi tam olaraq bu ərazidə, gördüyünüz bu mağazanın içərisində baş verib. Kikboks üzrə dünya çempionu Zaur Yusifov gecə saat 12 radələrində  “Vinçester” markalı silahla qətlə yetirilib. Sakinlərin sözlərinə görə, Zaur Yusifov “Emin 444” ləqəbli şəxsin xalası oğlu tərəfindən qətlə yetirilib.

Səs-küylü qətl hadisəsində bir çox mülahizələr irəli sürülüb. Elə yutub kanallarındakı görüntülərin altında insanların fikirləri də birmənalı deyil. Onların bəziləri bu qətlin qisas zəminində - öz təbirlərincə desək, “qana qan” prinsipiylə baş verdiyini deyib, digərləri isə mərhumu rəhmətlə anıblar.

Qətl baş verən ərazidə şahidlər və qonşular bu qanlı olay barədə danışmaq istəməsələr də, qətlə yetirilən idmançının dərs dediyi tələbələrdən bir neçəsi bizimlə həmsöhbət oldular. Yeniyetmə olduqlarından onların üzlərini sizə təqdim etmirik. Yayılan ilkin məlumatlarda olduğu kimi uşaqlar da qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin Emin Səfərovun xalası oğlu olduğunu dedilər. Hazırda Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Qısa bir xatırlatma edək: “Lotu Quli” kimi tanınan mərhum Nadir Səlifovun yaxını sayılan  “EMİN 444” ləqəbli şəxs 2019-cu ildə eyni ünvanda qətlə yetirilib. Onun qətlində Həsən Tağıyev və Zaur Yusifov günahlandırılırdı. Həsən Tağıyev məhkəmənin hökmünə əsasən ona kəsilən  18 il cəzanı çəkməkdə davam edir.

Zaur Yusifovun təqsiri isə sübuta yetirilməmişdi deyə, məhkəmə qərarı ilə azadlığa buraxılmışdı.

Mərhumun qardaşı ilə əlaqə saxladıq. Bildirdi ki, artıq qardaşı öldürülüb, qatili isə Allaha tapşırıblar. Buna görə də danışmaq istəmir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR