Dünyanın ən həyəcanlı drift yarışının milli finalı təşkil olunub

# 18:10
16 oktyabr 2022

Oktyabrın 16-da Dənizkənarı Bulvar ərazisində dünyanın ən maraqlı yarışlarından olan “Red Bull Car Park Drift”in milli finalı təşkil olunub. Bakı Kristal Zalının ərazisində təşkil edilən yarışma “Azərbaycan Respublikası Dövlət Himni”nin səsləndirilməsi ilə start götürüb.

APA TV xəbər verir ki, özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı şou göstərən 16 nəfər iştirakçıdan maneələri ustalıqla keçən Adil Axundov beynəlxalq münsiflər heyətindən maksimum balla qiymətləndirməklə qalib elan edilib. O, 25 ölkənin təmsilçilərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçiriləcək Dünya Finalında ölkəmizi təmsil edəcək.

Onu da qeyd edək ki, 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift”in qalibi Abdo Feqali də öz məharətini göstərib. O, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək, Ginnesin Rekordlar kitabına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR