Dünyanın o biri ucuna silah yollayır, öz vətəndaşına çadır verə bilmir - İranın iç üzü

# 19:40
30 yanvar 2023

28 yanvarda Azərbaycanın Xoy mahalında güclü zəlzələ baş verib. Təbii fəlakət Bazərqan, Təbriz və Urmiyada da hiss olunub. İran rəsmilərinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 2 mindən çox evə zərər dəyib, yüzlərlə ev isə tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Sosial şəbəkələrin İran seqmentində yayılan görüntülərə görə, hökumət evsiz qalan vətəndaşlara qarşı etinasız yanaşır. Belə ki, evlərin dağıldığı ərazilərdə ərzaq və su qıtlığı da yaşanmaqdadır. Üstəlik, havanın soyuq olması insaların vəziyyətini daha da ağırlaşdırır. O da qeyd olunub ki, Qızıl Aypara Cəmiyyəti və dövlət qurumları zəlzələdən əziyyət çəkənlərə hər hansı yardım etmir. Zəlzələ nəticəsində 7 nəfərin öldüyü, 816 nəfərin yaralandığı bildirilir.

Mühacir siyasi fəal və GünAZ.Tv-nn rəhbəri Əhməd Obalı bildirib ki, hökumət nə yanvarın 18-də, nə də 29-da baş verən təbii fəlakət zamanı zərərçəkmişlərə yardım edib. O vurğulayıb ki, bölgədə şaxtalı hava şəraiti hökm sürməkdədir və bəzi ailələra çadır belə verilməyib.

Əhməd Obalı vurğulayıb ki, terror qruplaşmalarına silah və pul göndərən İran dövləti soydaşlarımızın ağır vəziyyətinə göz yumur. O, çıxışında Azərbaycan hökumətindən də yardım istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR